Zəngilanda çayda boğulan şəxsin meyiti tapıldı – YENİLƏNDİ

Zəngilanda çayda boğulan şəxsin meyiti tapıldı – YENİLƏNDİ Hadisə

Zəngilanda bir nəfər suda boğulub.

News24.az xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu suda boğularaq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-axtarış qrupu cəlb edilib.

Həsənov Nüşrəvan Mehdi oğlunun meyiti FHN-in dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

**20:50

Zəngilanda bir nəfərin suda boğulduğu bildirilir.

News24.az xəbər verir ki, hadisə rayonun Ağalı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, bir kişinin çayda boğulduğu bildirilir. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və dalğıc-axtarış qrupu cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (APA)