Zərdabda ağır qəza: 5 nəfər yanaraq öldü

Zərdabda ağır qəza: 5 nəfər yanaraq öldü Hadisə

Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda baş verib.

Belə ki, "KİA" markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb.

İlkin məlumata əsasən hadisə nəticəsində azı 5 nəfər yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)