Zibilyığan avtomobil evə - ÇIRPILDI

Zibilyığan avtomobil evə - ÇIRPILDI Hadisə

Adananın mərkəz Çukurova rayonunda zibil maşınının evə çırpılması nəticəsində 1 nəfər yaralanıb.

News24.az xəbər verir ki, Qarslılar rayonunda sürücünün sükanı itirməsi nəticəsində rayon bələdiyyəsinə məxsus zibilyığan avtomobil idarəetmədən çıxaraq fərdi yaşayış evinə çırpılıb.

Evin mətbəx divarının bir hissəsinin uçduğu qəzada içəridəki şəxs yaralanıb.

Yaralı xəstəxanaya çatdırılıb, polis qəza ilə bağlı araşdırmalara başlayıb.

Məryəm İlhamqızı

Zibilyığan avtomobil evə - ÇIRPILDI