Özünümüdafiə faciə ilə nəticələndi: Gürcüstanda azərbaycanlı öldürüldü – İDDİA

Özünümüdafiə faciə ilə nəticələndi: Gürcüstanda azərbaycanlı öldürüldü – İDDİA Hadisə

51 yaşlı Azərbaycan vətəndaşı Rustavi şəhərində Gürcüstan vətəndaşı olan tanışı, yeniyetməni evinə dəvət edərək onu mənzildə kilidləyib, azadlıqdan məhrum edib və iddialara görə, cinsi zorakılıq məqsədilə fiziki zorakılıq göstərib.

News24.az xəbər verir ki, məlumata görə, yeniyetmə özünü müdafiə etmək məqsədilə 51 yaşlı şəxsə bıçaq zərbələri endirib. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib.

Təqsirləndirilənin vəkili Əli Badirov portala açıqlamasında bildirib ki, Rustavi Şəhər Məhkəməsində keçirilən iclasda yeniyetmə barəsində həbs qətimkan tədbiri seçilib.

Əli Badirov məhkəmə iclasından sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, yeniyetmə hadisə zamanı tamamilə özünümüdafiə vəziyyətində olub.

Onun sözlərinə görə, məhkəmə həbs qətimkan tədbirinin seçilməsinin səbəblərini kifayət qədər əsaslandırmayıb və daha yüngül qətimkan tədbirinin, yaxud yüksək məbləğdə girovun tətbiqi mümkün idi. (oxu.az)