Zərdabda ağır qəza: 3 nəfər həyatını itirdi – FOTOLAR

Zərdabda ağır qəza: 3 nəfər həyatını itirdi – FOTOLAR Hadisə

Səhər saatlarında Zərdabda ağır yol qəzası olub. 

News24.az xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb.

“Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Hadisə zamanı 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Nəsibova xəsarət alıb. Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralılara bədənin müxtəlif nahiyələrinin sınığı diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (1 kişi, 1 qadın) müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. 1951-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qəza zamanı Nəsibov Rasim Yaqub oğlu, Nəsibova Paket Kamran qızı hadisə yerində, Mütəllim Mütəllimov isə xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. (APA)

Zərdabda ağır qəza: 3 nəfər həyatını itirdi – FOTOLAR