İntihar edən şəxs özünü kəndirdən xilas edə bilərmi? - Müşfiq Abbasov YAZIR

İntihar edən şəxs özünü kəndirdən xilas edə bilərmi? - Müşfiq Abbasov YAZIR
HÜQUQ VƏ CƏMİYYƏT

18 avqust 2020, 13:46

Mətn ölçüsü

İntihar cəmiyyətin ümumi problemidir. Cəmiyyəti düşündürən məsələlərdən biri intiharın törədilmə metodlarının hansı meyarlar əsasında seçilməsidir. Özünü asma, güllələmə, yüksəklikdən atma, yandırma və ya zəhərləmə intiharın yayılmış metodlarıdır.      
İntihar edən şəxslərin əksəriyyəti özlərini öldürməmişdən əvvəl istifadə edəcəkləri metod barədə məlumat toplayırlar. Hansı metoddan istifadə ediləcəyi şəxsin yaşı, cinsi, keçdiyi həyat yolu, çətinlikləri, iradəsi və s. xüsusiyyətləri ilə bağlıdır.

Hələ Hərbi Prokurorluqda müstəntiq işlədiyim dövrlərdə gənc əsgərlərimizin dəfələrlə intihar etməsinin şahidi olmuşam. Əsgərlər intihar yolunu bir qayda olaraq, xidməti istifadələrində olan avtomat silahlarla həyata keçirirdi. Bu, onlar üçün ən asan intihar metodu idi. İntihar üçün özünə atəş açan əsgərin həyatda sağ qalmaq şansı ümumiyyətlə yox idi. Çünki, onlar bir qayda olaraq avtomat silahdan ya birbaşa başlarına, ya da ürəklərinə atəş açırdılar. Avtomat silahlarda istifadə olunan 7,62 mm-lik güllənin yaxın məsafədə və dirənmiş vəziyyətdə dağıdıcı qüvvəsi hədsiz çox olduğundan bunun sonu ancaq faciə ilə bitirdi.      

Bir qayda olaraq, intihar yolunu insan öz xarakterinə və psixoloji durumuna görə seçir. Adətən, həyatda aqressiv, çılğın, həyatı dözülməz və çətinliklə keçən insanlar amansız metodları-özünü yandırma, binadan atma və s. seçirlər. İnsan kənardakılara göstərmək istəyir ki, onun üçün özünü yandırmaq belə bu cəmiyyətdə yaşamaqdan daha asandır. Bu tip insanların özünü yandırma, körpüdən və ya binadan atması özündə bir nümayiş və etiraz əlamətini daşıyır. Onlar həmin anda heç intiharın ağrılı olması ilə bağlı da düşünmürlər. Bəzi insanlar isə sakit intihar metodu seçərək bunu kənar adamlardan gizləyirlər. Məsələn, otağında dərman içir və ya hamamda damarlarını kəsir. Bu kimi insanlar ancaq dərin depressiyanın təsiri altında olurlar. Onlar ölümü sakit və ağrısız qarşılamaq istəyirlər.      

Statistikaya görə ən geniş yayılmış intihar metodu özünü asmadır. Çünki özünü asma üsulu hamı üçün həm əlçatan, həm də effektivdir. Yəni, hamımızın evində bir parça ip, bir də onu asmağa hansısa qarmaq var. Özünü ipdən asan bütün şəxslərin hamısında mexaniki sidik və nəcis ifrazatı baş verir. Təcrübədə hətta özünü uzanmış vəziyyətdə çarpayıdan və ya stuldan asan şəxslərə də rast gəlinib. Özünü asma metodunu seçən insanın özünü kəndirdən xilas etmək imkanı sıfıra bərabərdir. Çünki özünü asma anında dərhal şüur itir və insan adekvat olaraq özünümüdafiə qabiliyyətindən məhrum olur. Boğulma baş verdikdən sonra ağciyərlərə oksigen getmir və 3-5 dəqiqə ərzində ölüm baş verir. Heç kəs düşünməsin ki, o, özünü kəndirdən asacaq və daha sonra özü də qolunun gücü və ya digər vasitələrlə özünü kəndirdən xilas etməklə həyatda qalacaq. Bu həm fiziki, həm də texniki cəhətdən qətiyyən mümkün deyil. Heç buna cəhd də etməyin. Cəhd etsəniz sonu mütləq ölümlə nəticələnəcəkdir. Özünü kəndirlə asan şəxsi, ancaq kənar adamlar xilas edə bilərlər. Bu zaman da intihara cəhd edən şəxsin beynində və digər orqanlarında ciddi qalıcı xəsarətlər meydana gələcəkdir.    

İntihar çıxış yolu deyil. Ədalətsiz olan bu həyatda sonadək mübariz olmaq lazımdır. “Tale” adlı anlayışla oynamazlar.

Müşfiq Abbasov