Vəhşicəsinə qətlə yetirilən Nərmin... - VİDEO

Vəhşicəsinə qətlə yetirilən Nərmin... - VİDEO
HÜQUQ VƏ CƏMİYYƏT / SOSİAL

04 sentyabr 2020, 19:14

Mətn ölçüsü

- Tovuz rayonunun Dondar Quşçu kəndində öldürülən 10 yaşlı Nərmin Quliyevanın qətli orqanların köçürülməsi ilə bağlı ola bilərmi və istintaqda bu versiyalar niyə yoxlanılmır?

- “İstintaqda qətl cinayətləri ən dəqiq araşdırılan hadisələrdən biridir. İstintaq ictimai fikrə görə aparılmır, işin içində olan sübutlara, dəlillərə, ekspertizanın rəylərinin dəyərləndirilməsinə görə aparılır. Yəni cəmiyyətdə bir kütlə insanın “İlkin burada qatil deyil” dəməsi istintaqa təsir edə bilməz. Hətta sizin təsəvvür edə bilməyəcəkləriniz belə istintaq prosesində yoxlanılır”. 


Bunu News24.az-ın “Hüquq vaxtı” verilişinin ikinci buraxılışında bir izləyicinin azyaşlı Nərmin Quliyevanın cinayəti ilə bağlı verdiyi suala aydınlıq gətirən hüquqşünas Müşfiq Abbasov deyib.

O, veriliş müddətində bir sıra maraqlı mövzulara toxunub.

Qeyd edək ki, veriliş News24.az-ın rəsmi "İnstagram" və "Youtube" səhifələrində yayımlanır.

Sözügedən verilişi təqdim edirik: 

İnstagram: @news24.az 
facebook:  News24.az