Adıma “fahişə” deyib şəkillərimi sosial şəbəkədə yaydı - ŞANTAJ - "Hüquq vaxtı" - VİDEO

Adıma “fahişə” deyib şəkillərimi sosial şəbəkədə yaydı - ŞANTAJ -
HÜQUQ VƏ CƏMİYYƏT / Video

11 sentyabr 2020, 18:40

Mətn ölçüsü

- “Feysbuk”da bir şəxslə tanış oldum. Uzun müddət sosial şəbəkə üzərindən əlaqələrimiz olub. Həmin şəxsi sevməyə başladım. Bir müddətdən sonra məni fotolarımla təhdid etməyə başladı. Fotolarımı müxtəlif sosial şəbəkələrdə yaydı. Həmçinin fotolarım əsasında yeni bir profil yaradaraq, nömrəmi ora yerləşdirib və məni əxlaqsız qadın kimi göstərib. Bundan başqa aramızda olan münasibəti ərimə deyəcəyi ilə bağlı məni hədələdi.

- Ümumiyyətlə, sosial şəbəkə üzərindən həyata keçirilən tanışlıqların demək olar ki, 95%-i insanları yaxşı yönə aparmır. Təcrübə göstərir ki, Buna görə də demək istəyirəm ki, özünüzə aid fotoları sosial şəbəkə üzərindən heç bir şəxsə göndərməyin. Bunlar sonda yaxşı nəticə verməyəcək. Konkret bu məsələyə gəldikdə isə bildirmək istəyirəm ki, Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etməyə görə 182-ci maddə nəzərdə tutulub. Yəni zərərçəkmişin üzərində zor tətbiqetmə, rüsvayçı məlumatları yayma və əmlakını tələb etmə hədəsi cinayət məsuliyyətinə səbəb olur. Hədə-qorxu ilə tələb etmə nəticənin hasil olmasından asılı olmayaraq, hədə-qorxu tələb edildiyi anda artıq cinayət başa çatır. Bu. formal tərkibli cinayətdir. Bu maddənin birinci hissəsində 3 ildən 5 ilə azadlıqdan məhrum edilmə nəzərdə tutulub. əslində, bu, çox ağır bir madədir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar hədə-qorxu, xeyli miqdarda əmlak ələ keçirməklə edilən hədə-qorxu 5 ildən 10 ilə həbs nəzərdə tutulub.


Bunu News24.az-ın “Hüquq vaxtı” verilişinin üçüncü buraxılışında izləyicilərdən birinin sosial şəbəkə üzərindən təhdid edilməsi ilə bağlı verdiyi sualı cavablandıran hüquqşünas Müşfiq Abbasov deyib.

O, veriliş müddətində bir sıra maraqlı mövzulara toxunub. 

Qeyd edək ki, sözügedən veriliş News24.az-ın rəsmi "İnstagram" və "Youtube" səhifələrində yayımlanır. Sizi maraqlandıran sualları da qeyd olunan səhifələrin ismarıc bölümünə yaza bilərsiniz. 

Sözügedən verilişin bu həftəki buraxılışını təqdim edirik: 

İnstagram: @news24.az 
facebook:  News24.az 


YouTube