1000-ə 18 qaldı

1000-ə 18 qaldı İdman

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı hücumçu Kriştiano Ronaldo, Səudiyyə Peşəkar Liqasının 10-cu turu çərçivəsində “Əl-Faysali”yə qarşı keçirilən oyunda karyerasının 982-ci qolunu vurub.

News24.az xəbər verir ki, hücumçu 49-cu dəqiqədə həmyerlisi Joau Feliksin ötürməsindən sonra fərqlənib.

Onun vurduğu qol “Əl-Nəsr”in səfərdə 3:1 hesablı qələbə qazanmasına kömək edib.

10 turdan sonra Ronaldonun çıxış etdiyi “Əl-Nəsr” 25 xalla Səudiyyə liqasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb.