İtaliyalı hücumçu “Neftçi”də - FOTO - VİDEO
    • 2-02-2019, 17:00
    • 943

İtaliyalı hücumçu “Neftçi”də - FOTO - VİDEO

“Neftçi” PFK italiyalı futbolçu Canluka Sansone ilə 1,5 illik müqavilə bağlayıb. 

Klubun rəsmi saytında verilən məlumata görə, 31 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu Novara (2016-2019) olan Sansone İtaliyanın “Montorio” (2005-2006), “Peşina” (2006-2008), “Syena” (2008-2010), “Qallipoli” (2009), “Lançano” (2009-2010), “Frosinone” (2010-2011), “Sassuolo” (2011-2012), “Torino” (2012-2013), “Sampdoriya” (2013-2016), “Bolonya” (2015), “Bari” (2015-2016) klublarında da çıxış edib.