“Bakı 2019”un talismanları Cırtdan və Bəbir olacaq - FOTO

“Bakı 2019”un talismanları Cırtdan və Bəbir olacaq - FOTO
İDMAN / SİYASƏT

21 fevral 2019, 12:39

Mətn ölçüsü

2019-cu il iyulun 21-27-də Bakıda keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir olacaq. 

Bu barədə News24.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. Məlumatda bildirilir ki, Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları Cırtdan və Bəbir ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”-un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Festivalı 20-28 iyul 2019-cu il tarixində Bakı şəhərində baş tutacaq. Yeddi gün davam edəcək yarışın açılış mərasimi 21 iyul tarixində gerçəkləşəcək. Bu günə qədər 49 Avropa Olimpiya Komitəsinin nümayəndə heyətinin rəhbərlərii (Chef de Mission) yarışa gələcəklərinə dair təsdiq veriblər. Ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti yarışa qatılmaq üçün ölkəmizə təşrif buyuracaq. 12 idman arenasında 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

Nigar MƏMMƏDOV