FIFA-nın sabiq vitse-prezidenti 6.5 il müddətinə futboldan uzaqlaşdırılıb
    • 1-03-2019, 22:30
    • 862

FIFA-nın sabiq vitse-prezidenti 6.5 il müddətinə futboldan uzaqlaşdırılıb

FIFA-nın sabiq vitse-prezidenti və Okeaniya Futbol Konfederasiyasının rəhbəri Devid Çanq 6.5 il müddətinə futboldan uzaqlaşdırılıb. 

News24.Az bildirir ki, FIFA rəhbərliyi keçmiş yüksək vəzifəli məmuru maliyyə fırıldaqları səbəbindən cəzalandırıb. Çanq idman obyektinin tikintisi zamanı 20 milyon dollar məbləğində fırıldaqçılıqda ittiham olunur. O, bunun üçün 100 min dollar məbləğində cərimə ödəyəcək. 
FIFA-nın komissiyası Oklenddə (Yeni Zelandiya) yeni mənzil qərargahanın tikintisinin auditini keçirdikdən sonra Papua Yeni Qvineya nümayəndəsi istefa verib. Bundan sonra FIFA tikintinin maliyyələşdirilməsini dondurmağa qərara alıb.