AFFA maliyyə hesabatını təqdim etməyən klublara vəsait ayırmayacaq
    • 4-03-2019, 22:03
    • 809

AFFA maliyyə hesabatını təqdim etməyən klublara vəsait ayırmayacaq

"Tovuz Futbol Akademiyasında təhsil alan uşaqlar "Turan Tovuz" klubuna məxsus olacaqlar. Onlar bazada qalaraq, təhsil alacaqlar. Klubun həmin futbolçuları başqa komandalara da satmaq imkanı olacaq".

News24.Az-ın məlumatına görə bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Qurum rəsmisi bildirib ki, bütün klubların AFFA-nın uşaq futbolu üçün ayırdığı vəsaiti hara xərclədikləri maraqlıdır: "Biz bu vəsaiti klublara köçürdük. Amma qış fasiləsində əcnəbi futbolçuların alınmasından danışıldı. Mən gözləyirəm ki, mövsümün sonunda klublar vəsaiti hara xərclədiklərini açıqlayacaqlar. Bu, FIFA-nın tələbinə əsasən açıqlanmalıdır. 500 min avronun məhz bu mövsüm xərclənməli olduğu anlamına gəlməməlidir. Xərclər iki ili də əhatə edə bilər. Amma hesabatlar təqdim olunmasa və vəsaitin uşaq-yeniyetmələrin inkişafına sərf olunduğu açıqlanmasa, növbəti mövsüm həmin pul ödənilməyəcək".
Baş katib qadınlardan ibarət əsas yığmanın futbolçuların təşəbbüsü ilə bərpa edildiyini söyləyib: "2012-ci ildə qadınlardan ibarət millidə çıxış etmiş futbolçular bizdən xahiş etdilər ki, yığmanı bərpa edək. Milli 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizə aparacaq. Komanda klub şəklində Çempionlar Liqasında da çıxış edəcək”.