Nikola Yurçeviç "Neftçi” klubunun qonağı olub
    • 7-03-2019, 13:21
    • 1 053

Nikola Yurçeviç "Neftçi” klubunun qonağı olub

Azərbaycan milli komandasının yeni baş məşqçisi Nikola Yurçeviç "Neftçi” klubunun qonağı olub. 

News24.Az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssislə görüşdə klub prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, baş məşqçi Roberto Bordin iştirak edib. 
Tərəflər "Neftçi”nin son zamanlar milli komandaya dəvət olunmuş və digər yerli futbolçuları ilə bağlı fikir mübadiləsi aparıblar.