Millimizin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb
    • 25-03-2019, 16:55
    • 1 164

Millimizin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb

Futbol üzrə Azərbaycan millisinin Litva yığması ilə yoldaşlıq oyunu üçün start heyəti açıqlanıb.

News24.az
"Report"a istinadən xəbər verir ki, baş məşqçi Nikola Yurçeviç qapını Səlahət Ağayevə tapşırıb. Müdafiənin mərkəzində Bədavi Hüseynovla Anton Krivotsyuk, cinahlarda kapitan Maksim Medvedevlə Təmkin Xəlilzadə yer alacaqlar.

Orta xətdə Qara Qarayev, Riçard Almeyda, Eddi İsrafilov və Araz Abdullayev qərarlaşıb. Hücumda isə Rüfət Dadaşovla Ramil Şeydayev olacaq.
Ehtiyat oyunçulara gəlincə, bunlar Emil Balayev, Şahrudin Məhəmmədəliyev, Rahil Məmmədov, Şəhriyar Rəhimov, Ömər Buludov, Mahir Mədətov, Emin Mahmudov, Dimitri Nazarov, Əli Babayev, Namik Ələskərov və Mirabdulla Abbasovdur.

Qeyd edək ki, bu gün "Bakcell Arena"da keçiriləcək oyun saat 18:00-da başlayacaq.