Tanınmış idmançı 6 il sonra hicabını açdı: "Bu qədər dözə bildim" - FOTO - VİDEO
    • 9-04-2019, 11:47
    • 1 965

Tanınmış idmançı 6 il sonra hicabını açdı: "Bu qədər dözə bildim" - FOTO - VİDEO

2013-cü ildə hicaba bürünən məşhur idmançı gözlənilməz açıqlama edib. 

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ralli sürücüsü Burcu Çetinkaya sosial şəbəkə video paylaşaraq daha hicabdan istifadə etməyəcəyini bildirib: "Bu gün bir qərar aldım və bunun hicaba inanmamaq və hörmətsizlik etməyimlə bağlı heç bir əlaqəsi yoxdur. Bu qədər dözə bildim. Gücüm çatmadı. Ürəyim yenə də eyni yerdədir. Verdiyim qərar Allahla mənim aramdadır. Bu günə qədər məndən güc alanları məyus etdimsə, üzr istəyirəm. Altı il ərzində hər hərəkətimi siyasiləşdirdilər. Məni bələdiyyə sədri, siyasətçi və s. adlandırlar. Bu vaxta qədər heç bir siyası partiyaya üzv olmamışam. Gələn təklifləri də rədd edib, sadəcə idmanla məşğul olmuşam. İndi isə sadəcə özümü dinləməyə ehtiyacım var".