Şahmatçımız İspaniyada beynəlxalq turnirdə liderlər qrupuna yüksəlib
    • 18-04-2019, 12:07
    • 853

Şahmatçımız İspaniyada beynəlxalq turnirdə liderlər qrupuna yüksəlib

İspaniyada şahmat üzrə beynəlxalq turnir davam edir.

News24.az
AZƏRTAC-a istinadən xəbər verir ki, turnirin altıncı turunda qrossmeysterimiz Azər Mirzəyev növbəti qələbəsini qazanıb. Fransalı rəqibi Pierre Barbotu məğlub edən təmsilçimiz 5 xalla liderlər qrupuna yüksəlib.
Turnir cədvəlinin lideri 6 xalla Rusiya təmsilçisi Vadim Moiseenkodur. Şahmatçımız Azər Mirzəyev isə 5 xalla 2-5-ci yerləri bölüşür. Növbəti turda onun rəqibi rusiyalı Mikail Ulybin olacaq.
İsveçrə üsulu ilə keçirilən turnir aprelin 20-də başa çatacaq.