Qurban Qurbanov: "Oyunun taleyini həll etmək üçün təcrübəmiz yetərli olacaq"
    • 31-07-2018, 18:55
    • 995

Qurban Qurbanov: "Oyunun taleyini həll etmək üçün təcrübəmiz yetərli olacaq"

"Çox vacib oyuna çıxdığımızı yaxşı başa düşürük. Səfərdən heç-heçə ilə qayıtmışıq. Lakin qol buraxmamaq meydan sahibi üçün müsbət haldır. Matçın taleyini bir qol belə həll edə bilər. Səbrli olmalı, hər epizodda düzgün qərar verməyə çalışmalıyıq. Rəqib də oyuna çox ciddi hazırlaşıb. Sərfəli nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik". 

News24.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya təmsilçisi “Kukesi” ilə cavab matçından öncə deyib.


45 yaşlı mütəxəssis “Azərsun Arena”da təşkil olunan mətbuat konfransında jurnalistləri suallarını da cavablandırıb.
- İlk oyundan sonra "Kukesi" barədə nə deyə bilərsiniz? 


- "Kukesi"ni tam yaxından tanıdıq. Amma bizimlə görüşə fərqli heyətlə çıxıdılar. Yenə də bəzi dəyişikliklərə hazır olmalıyıq. 
- Rəqib düşərgədən "Qarabağ"a tərif xarakterli açıqlamalar aldadıcı manevr ola bilər?


- Yüz faiz ola bilər. Futbolçularımız təcrübəlidir. Rəqibin yaxşı və pis açıqlaması bizə mane olmamalıdır. Onların dedikərini lazım olsa, biz müzakirə edib, fikir bildirməliyik.


- Yeni transferlər Con Delarj və İnnosent Emeqaranı start heyətdə görə biləcəyik?


- Hər ikisi bizim istədiyimiz formada deyil. Amma onlardan birin start heyətində yer almaq ehtimalı var. Buna sabah qərar verəcəyik. Müdafiəni düzgün qurmalıyıq. 


- Komandanın 3 oyuna 2 qol vurması sizi narahat etmir? 


- Narahat edir. Qol vurmaq üçün addımlar atırıq. Amma belə görüşlərdə qol az olur.


- Rəqib baş məşqçi penaltilərə hazırlaşdıqlarını deyib. Siz isə qol vurmağa çalışacağınızı dediniz. Oyunun əlavə vaxta getməsini istəmirsiniz?


- İstərdik oyun 90 dəqiqə çəksin. Hər bir məşqçinin öz fikri var. Ola bilər komandasını oyuna bu cür hazırlayır. Düşünürəm ki, oyunun taleyini həll etmək üçün təcrübəmiz yetərli olacaq.


- Zubirin durumu necədir?


- O, 3 məşqdir bizimlədir. Sabah qərar verəcəyik.

//Report.az