"Formula 1" Azərbaycan Qran-prisi- qaliblər müəyyənləşdi
    • 28-04-2019, 18:10
    • 5 881

"Formula 1" Azərbaycan Qran-prisi- qaliblər müəyyənləşdi

"Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisinin həlledici mərhələsi "Mercedes" komandasının pilotu Valtteri Bottasın qalibiyyəti ilə başa çatıb.

News24.az xəbər verir ki, o, finişə 1:44.757 nəticə ilə ilk çatıb. Yarışı ikinci sırada onun komanda yoldaşı Lyuis Hemilton, üçüncü sırada isə “Ferrari” komandasında Sebastian Fettel bitirib.

Yarışın nəticələrinə əsasən, sıralamanı təqdim edirik:
4. Maks Ferstappen (“Red Bull Racing Honda”)
5. Şarl Lekler (“Ferrari”)
6. Serxio Peres ("Racing Point BWT Mercedes")
7. Karlos Sayns ("McLaren Renault")
8. Lando Norris ("McLaren Renault")
9. Lans Stroll ("Racing Point BWT Mercedes")
10. Kimi Raikkonen ("Alfa Romeo Racing Ferrari")
11. Aleksander Albon ("Scuderia Toro Rosso Honda")
12. Antonio Covinatsi ("Alfa Romeo Racing Ferrari")
13. Kevin Maqnussen ("Haas Ferrari")
14. Niko Hulkenberq ("Renault")
15. Corc Rassel ("Williams Mercedes")
16. Robert Kubitsa ("Williams Mercedes")

Qeyd edək ki, yarışda “Mercedes” komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, “Ferrari” komandasında Sebastian Fettel, Şarl Lekler, “Williams”ın heyətində Corc Rassel və Robert Kubitsa yarışırlar. “Red Bull Racing” komandasında Pyer Qasli, Maks Ferstappen, “Racing Point”də Serxio Peres və Lans Stroll, “Renault”da isə Niko Hulkenberq ilə Daniel Rikkardo mübarizə aparırlar. Bundan başqa, “Toro Rosso”nun heyətində Aleksandr Albon və Daniil Kvyat, “Alfa Romeo”da Antonio Covinatsi, Kimi Raikkonnen, “McLaren”də Lando Norris və Karlos Sayns yürüşdə iştirak edib. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə “Haas” komandasının idman şərəfini qoruyub.