Avropa Liqasının final oyununa gələcək turistlərin qəbulunda problem olmayacaq “Bakıya gələcək azarkeşlər otellərdə qala bilərlər”
    • 6-05-2019, 12:05
    • 744

Avropa Liqasının final oyununa gələcək turistlərin qəbulunda problem olmayacaq “Bakıya gələcək azarkeşlər otellərdə qala bilərlər”

“Növbəti çox vacib və çox möhtəşəm tədbirə 76 gün qalıb. İyulun 21-də Bakıda XV Avropa Olimpiya Gənclər Festivalı başlayacaq”.

News24.az-ın xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bildirirb. Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi və Avropa Milli Olimpiya Komitələrinin nümayəndə heyətinin rəhbərlərinin toplantısına qatılan nazir yarış və hazırlıq barədə fikirlərini açıqlayıb: “Bunu Avropa gənclərinin oyunları adlandırmaq olar. Bu tədbir təkcə Azərbaycan deyil, bütün Avropa idmanı üçün vacibdir. Ona görə ki, burada gənclər sınaqdan keçəcəklər ki, onlar gələcəkdə dünya və Avropa çempionatları, Olimpiya Oyunlarında öz peşəkarlıqlarını nümayiş etdirəcək. Müxtəlif tədbirlər də təşkil olunacaq. Biz istərdik ki, bu, tək idman deyil, Avropa idmançılarının, Avropa gənclərinin dostluq festivalı olsun. Bir-biriləri ilə tanış olsunlar, öz mədəniyyətlərini, tarixlərini göstərə bilsinlər. Belə düşünürük ki, Azərbaycana gələcək 4000-dən artıq idmançı və nümayəndə heyətləri üçün bu tədbir indiyədək yüksək səviyyədə keçiriləcək. Bütün qonaqlar Azərbaycandan razı qayıdacaqlar”.

Azad Rəhimov Avropa Liqasının Bakıda keçiriləcək final oyununa gələcək turistlərin qəbulu ilə bağlı problemin yaşanıb-yaşanmaması ilə bağlı suala da aydınlıq gətirib: “Əsas vacib olan məsələ otellərdə olan yerlərdir. yerləşə Azərbaycanda otellərdə 17 mindən artıq otaq var. Onların bəzilərində iki nəfər qala bilər. Bu da onu göstərir ki, Bakıya gələcək azarkeşlər otellərdə qala bilərlər. Təcrübə göstərir ki, Bakıda çox sayda mənzillər kirayəyə verilir. Gələn qonaqlar da bu mənzillərdən istifadə edirlər”.

Afaq Mirayiq