Bakı sakinləri bulvarda idman etdi - FOTO - VİDEO
    • 27-06-2019, 15:35
    • 1 152

Bakı sakinləri bulvarda idman etdi - FOTO - VİDEO

Ötən gün Dənizkənarı Milli Parkda Avropa Gənclər Olimpiya Festivalının başlamasına 25 gün qalması münasibəti ilə "Fitness Sessiya" təşkil olunub.

News24.az xəbər verir ki, şəhər sakinləri üçün təşkil olunmuş tədbirə maraq böyük olub.

Sənan Şəfizadənin aparıcılığı ilə start götürən “Fitness Sessiya”ya qatılanlar məşqçilər İlkin İsmayılov və Asif Yusifovun idman göstərişlərini yerinə yetiriblər.

Tədbirlə bağlı açıqlama verən Azərbaycan Gənclər Festivalının Əməliyyat Komitəsinin Marketinq və Brendinq şöbəsinin müdiri Tural Qənbərov “Fitness Sessiya”nın artıq ikinci dəfə təşkil olunduğunu bildirib: ““Baku 2019” Avropa Gənclər Olimpiya Festivalının on beşinci il dönümü ilə üst-üstə düşür.

Sevindirici haldır ki, etdiyimiz çağırışlara görə, bu qədər gənc bir araya toplaşır, sağlam həyat tərzinə üstünlük verirlər”.

Tədbirin sonunda altı nəfər qalib seçilib və onlar rəsmi tərəfdaşlardan hədiyyələr qazanıblar.

Qeyd edək ki, Avropa Gənclərinin XV Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyəti gələcək. Atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Teymur MƏMMƏDOV
Foto/Video: Fərid ŞABANOV