Məktəblimiz Avropa çempionatının qalibi olub
    • 28-06-2019, 19:10
    • 881

Məktəblimiz Avropa çempionatının qalibi olub

Azərbaycanlı şagird Polşanın Varşava şəhərində keçirilən cüdo idman növü üzrə Avropa çempionatında uğurla iştirak edib.

News24.az-ın məlumatına görə, çempionatda 39 ölkədən 434 cüdoçu mübarizə aparıb. Yarışda Bakı şəhəri 1 nömrəli İdman liseyinin cüdoçusu Turan Bayramov  60 kq çəki dərəcəsində Litva, Portuqaliya, Rusiya və Ukrayna idmançılarını məğlub edərək final mərhələsinə vəsiqə əldə edib.
Daha sonra idmançımız final mərhələsində Türkiyə təmsilçisinə qalib gələrək Avropa çempionu adını qazanıb.