İdmançımız  Türkiyə bayrağını ucalara qaldırdı -Azərbaycanlı çempiondan jest
    • 12-07-2019, 00:51
    • 1 434

İdmançımız Türkiyə bayrağını ucalara qaldırdı -Azərbaycanlı çempiondan jest

Məlum olduğu kimi, Azərbaycan atleti Nazim Babayev İtaliyanın Napoli şəhərində keçirilən XXX Yay Universiadasının qalibi olub.


News24.az xəbər verir ki, 3 təkanla tullanma yarışında qızıl medala sahib olan 22 yaşlı idmançımız sevincini Azərbaycan bayrağı ilə qeyd edib.
Həmyerlimiz bu zaman tribunada əyləşənlərdən birinin əlində Türkiyə bayrağını görüb.
Nazim Babayev Türkiyə bayrağını da dalğalandırmaq üçün həmin şəxsdən alıb.