"Real Madrid" Qaret Beyli SATIŞA ÇIXARDI
    • 22-07-2019, 15:17
    • 913

"Real Madrid" Qaret Beyli SATIŞA ÇIXARDI

"Real Madrid" kənar hücumçusu Qaret Beyli bir nçə kluba təklif edib.

News24.az xarici mətbuata istinad olaraq bildirir ki, Qaret Beyl karyerasını başqa klubda davam etməyə məcburdur. Çünki, "Real Madridi"n baş məşqçisi Zinəddin Zidan sözügedən hücumçunun artıq onun planları daxilində olmadığını deyir: "Beyl mənim planlarıma daxil deyil".

"Real Madrid" Qaret Beyli "PSJ", "Mançester Yunayted", "İnter", "Bavariya" və "Tottenham" kimi klublara transfer etməyə təklif edib. Hazırda Beyl yalnız Çinə böyük maaşa getməyə razıdır. Mümkün transfer yaxın bir neçə gün ərzində başa çatdırıla bilər.