Günün qəhrəmanı Romero ad günündə İKİNCİ qolunu vurdu
    • 31-07-2019, 23:19
    • 818

Günün qəhrəmanı Romero ad günündə İKİNCİ qolunu vurdu

Xayme Romero yeni klubu "Qarabağ"da ikinci qolunu vurub.
News24.az  xəbər verir ki, o, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində hazırda davam edən "Dundalk"la matçın 87-ci dəqiqəsində komandasının üçüncü qolunun müəllifi olub.
Qeyd edək ki, X.Romero bu görüşün 12-ci dəqiqəsində hesabı açıb və Ağdam təmsilçisində ilk qolunu vurub.
Əlavə edək ki, ispan yarımmüdafiəçinin bu gün 29 yaşı tamam olur.