"Qarabağ"dan sonra "Neftçi" də rəqibini darmadağın etdi
    • 1-08-2019, 22:57
    • 912

"Qarabağ"dan sonra "Neftçi" də rəqibini darmadağın etdi

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
News24.az  xəbər verir ki, təmsilçilərimiz "Qəbələ" və "Neftçi" də cavab matçlarına çıxıb.
Rusiyada keçirilən ilk oyunda Tula "Arsenal"ını 1:0 hesabı ilə məğlub edən "Neftçi" cavab matçında da rəqibinə qalib gəlib. Bakılılar rusları 3:0 hesabı ilə darmadağın edərək növbəti mərhələyə adlayıb.
Digər təmsilçimiz "Qəbələ" ilə ilk matçda 0:2 hesabı ilə uduzduğu "Dinamo" qarşısında aciz olub. Tbilisində keçirilən qarşılaşma gürcülərin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da təmsilçimiz mübarizəni dayandırmalı olub.