2026 Dünya Kuboku formaları təqdim olundu - FOTO
İdman
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatı öncəsi bir çox milli komandanın yeni formaları təqdim edilib.
News24.az xəbər verir ki, ABŞ, Meksika və Kanadanın ev sahibliyi edəcəyi turnir iyunun 11-də başlayacaq. Son çempion Argentina titulunu qorumağa çalışacaq.
“Adidas”, “Nayk” və “Puma” kimi idman geyimi şirkətləri Argentina, Braziliya, Portuqaliya, İngiltərə, Almaniya, İspaniya və digər aparıcı komandaların yeni formalarını ictimaiyyətə təqdim edib.
Bildirilib ki, formaların dizaynında ölkələrin tarixi, milli rəngləri, memarlığı və əvvəlki məşhur forma üslubları əsas götürülüb.
Səfər formalarında isə müasir görünüşə üstünlük verilib. Yeni dizaynlarda həndəsi naxışlar və şaquli xətlərdən istifadə olunub.