2026 Dünya Kubokunda rekord mükafat: 727 milyon dollar ayrıldı
İdman
FIFA2026-cı ildə ABŞ, Kanada və Meksikada təşkil olunacaq Dünya Kuboku üçün tarixin ən yüksək mükafat fondunu təsis edib.
News24.az xəbər verir ki, genişləndirilmiş turnir çərçivəsində iştirakçı komandalar üçün ümumilikdə 727 milyon dollar vəsait ayrılıb.
Təsis edilən fondun böyük hissəsi komandaların turnir cədvəlindəki göstəricilərinə əsasən bölüşdürüləcək. Yeni mükafat sisteminə görə, dünya çempionu olacaq komandaya 50 milyon dollar, finalda məğlub olan tərəfə isə 33 milyon dollar ödəniləcək.
Yeni formatda keçiriləcək turnirdə 48 komanda iştirak edəcək. Erkən mərhələdə mübarizəni dayandıran komandalar belə 9 milyon dollar mükafat alacaq. Hər komandaya əlavə olaraq 1,5 milyon dollar hazırlıq xərci də veriləcək.