2026 mundialında isti kabusu: Alimlərdən xəbərdarlıq

2026 mundialında isti kabusu: Alimlərdən xəbərdarlıq İdman

Alimlər 2026-cı il futbol üzrə dünya çempionatı zamanı oyunçuların və azarkeşlərin təhlükəli isti hava şəraiti ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər.

News24.az-ın məlumatına görə, iqlim üzrə araşdırma aparan mütəxəssislər bildiriblər ki, qlobal istiləşmə səbəbindən turnirin keçiriləcəyi şəhərlərdə temperatur və rütubət xeyli artıb. Bu isə açıq stadionlarda keçiriləcək oyunlar zamanı risk yarada bilər.

Araşdırmaya görə, çempionatdakı oyunların təxminən 25 faizinin təhlükəli isti hava şəraitində keçirilməsi ehtimal olunur. Bəzi matçlarda isə temperaturun idman üçün riskli həddə çatacağı bildirilir.

Xüsusilə Mayami, Kanzas Siti, Nyu-York və Filadelfiya şəhərlərində keçiriləcək oyunların daha riskli olduğu qeyd edilib. Mütəxəssislər bəzi qarşılaşmaların günün daha gec saatlarında keçirilməsini tövsiyə ediblər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil olunacaq.