2030 Dünya Kuboku ilk dəfə 3 qitə və 6 ölkədə keçiriləcək

2030 Dünya Kuboku ilk dəfə 3 qitə və 6 ölkədə keçiriləcək İdman

2026-cı il Dünya Kubokundan sonra futbol dünyasının diqqəti turnirin 100 illik yubileyinə təsadüf edən 2030-cu il mundialına yönələcək.

News24.az xəbər verir ki, 2030-cu il FIFA Dünya Kuboku ilk dəfə üç qitə və altı ölkədə – İspaniya, Portuqaliya, Mərakeş, Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Turnirin ilk üç oyunu yubiley münasibətilə Cənubi Amerikada baş tutacaq, əsas yarışlar isə İspaniya, Portuqaliya və Mərakeşdə oynanılacaq.

FIFA hələlik finalın keçiriləcəyi stadionu açıqlamayıb. Əsas namizədlər Madriddəki Santyaqo Bernabeu və Kasablankada tikilən Grand Stade Hassan II stadionlarıdır.

Bundan başqa, FIFA 2030-cu il Dünya Kubokunda iştirak edəcək komandaların sayının 48-dən 64-ə çatdırılması imkanını da müzakirə edir. Lakin bu məsələ ilə bağlı hələ yekun qərar verilməyib.