2031-ci il Dünya Kubokuna ev sahibliyi edəcək ölkə məlum oldu

2031-ci il Dünya Kubokuna ev sahibliyi edəcək ölkə məlum oldu İdman

Kişi basketbolu üzrə 2031-ci il Dünya Kuboku Fransada keçiriləcək.

News24.az xəbər verir ki, turnir ölkənin Lill, Lion və Paris şəhərlərində təşkil olunacaq. Yarışın final mərhələsi isə Parisdə baş tutacaq. Dünya çempionatı 29 avqust – 14 sentyabr tarixlərini əhatə edəcək.

Qeyd edək ki, 2030-cu il Dünya Kuboku Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək.

Qərarla bağlı beynəlxalq basketbol qurumunun nümayəndəsi bildirib ki, ev sahibinin seçilməsi basketbolun inkişafı və turnirin yüksək səviyyədə təşkili baxımından mühüm əhəmiyyət daşıyır.