Mourinyo müsahibə zamanı AĞLADI - VİDEO
    • 19-08-2019, 15:33
    • 679

Mourinyo müsahibə zamanı AĞLADI - VİDEO

Portuqaliyalı məşqçi Joze Mourinyo, futbol işi haqqında müsahibə zamanı duyğulara qapıldı.

News24.az xəbər verir ki, 56 yaşlı Mourinyo ötən ilin dekabrdan "Mançester Yunayted"in baş məşqçisi vəzifəsindən azad edilərkən işsiz qaldığını deyib.

"Mən sadəcə olaraq zövq alırdım. Peşəkar futbolun bir hissəsi olduğum anda baş verdi. Bu ciddi bir işdir və bu günə qədər də fasiləsiz olub. İndi dayandım və həqiqətən bunu edə bilmərəm. Bu iş üçün darıxıram", - Mourinyo çətinliklə göz yaşlarını tutaraq deyib.

"Monako"nun yarımmüdafiəçisi Cesk Fabreqas videoya rəy bildirib: "Əfsanə. Biz də sizin üçün darıxırıq. Daha tez qayıdın, Mister".