"Qarabağ"dan daha bir məşhur futbolçu transferi
    • 4-07-2018, 17:00
    • 1 558

"Qarabağ"dan daha bir məşhur futbolçu transferi

Son ölkə çempionu və Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" Bolqarıstan yığmasının futbolçusunu transfer etməyə hazırlaşır. 

Bu "Sportinq"in 25 yaşlı yarımmüdafiəçisi Simon Slaveçdir. 


Futbolçu Lissabon təmsilçisində tibbi müayinədən keçməsinə baxmayaraq, komandanın təlim məşq düşərgəsinə qoşulmayıb. Yaxın günlərdə onun "Sportinq"dən ayrılıb "Qarabağ"a transfer olunacağı gözlənilir.


Ağdamlılar bu keçidlə "Astana"ya transfer olunan Riçard Almeydanın yerini doldurmağa hazırlaşırlar.


Qeyd edək ki, 2014-cu ildən "Sportinq"də çıxış edən Simon Slavçev icarə əsasında İngiltərənin "Bolton", Kiprin "Apollon" və Polşanın "Lexiya" klublarının formasını geyinib. 


//zerozero.pt