Poryedən Həbibə BÖYÜK HÖRMƏTSİZLİK - FOTO - VİDEO
    • 28-08-2019, 18:53
    • 2 199

Poryedən Həbibə BÖYÜK HÖRMƏTSİZLİK - FOTO - VİDEO

Amerikalı (MMA) qarışıq üslublu döyüşçü Dustin Porye 7 sentyabr Abu-Dabidə (UFC) Döyüş Çempionatı turnirində rusiyalı Həbib Nurməhəmmədova qələbəsinin uğurla nəticələnəcəyinə qüvənərək, növbəti dəfə rəqib seçiminə başlayıb.

News24.az "Mirror"-a istinadən bildirir ki, 30 yaşlı amerikalı Nurməhəmməova qalib gələcəyinə o qədər  əmindir ki, o, növbəti qarşılaşcağı rəqibinin Toni Ferguson olacağını belə müəyyənləşdirib.
"Əslində Həbiblə döyüşə diqqət yetirməliyəm. Amma qarşıda məni daha 25 dəqiqəlik çempion döyüşü gözləyir — deyə Porye bildirib. 

Nurməhəmmədov UFC 242 turnirinin əsas döyüşündə mübarizə aparacaq. Rusiyalı UFC çempionu titulunu yüngül çəkidə qorumalıdır. Amerikalı isə müvəqqəti çempion statusunda çıxış edəcək.

Nurməhəmmədov üçün bu müdafiə ikinci olacaq. 2018-ci ilin oktyabr ayında o, irlandiyalı Konor Makqreqor üzərində qələbə qazanıb. O, 27- ci döyüşündən 27-ci qələbəni öz hesabına yazıb.

Porye 25 qələbə qazanıb və beş məğlubiyyətə uğrayıb. Onun iştirakı ilə keçirilən bir duel baş tutmamış sayılıb.

Ferguson - keçmiş yüngül çəki üzrə müvəqqəti çempiondur. Amerikalı Nurməhəmmədova qarşı mübarizəyə UFC 223 rəhbərlik etməli idi, lakin amerikalının aldığı zədə üzündən Rusiya təmsilçisi əvəzinə oktaqonda Yakvintaya ilə qarşılaşmaq məcburiyyətində qalıb.