Qurban Qurbanovdan qələbə şərhi
    • 29-08-2019, 22:22
    • 738

Qurban Qurbanovdan qələbə şərhi "İstədiyimiz nəticəni qazandıq"

Ölkəmizi Avropa Liqasında təmsil edən "Qarabağ" pley-offda Şimali İrlandiyanın "Linfild" klubunu mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə vəsiqə qazanıb.
News24.az xəbər verir ki, qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:
"İlk öncə azarkeşlərimizə təşəkkür edirəm. Açığı, fikirləşirdim ki, APOEL-ə məğlub olduqdan sonra bizdən küsüblər. Futbolçularıma təşəkkür edirəm. Oyunun gedişində gərginlik var idi. Sonda istəyimizə nail ola bildik. Bu, bizim işimizdir. Burada hər birimizin əməyi var. Səfərdə iki standart vəziyyətdən qol buraxmışdıq. Rəqibin əks hücumları çox təhlükəlidir. Buna uyğun da hazırlığımızı görmüşdük. Düzdü, istəməzdik evdə qol buraxaq. Amma bu, futboldur. Hücumda çoxluq təşkil edərək istədiyimiz nəticəni qazandıq".