Həbib sərvət qazanacaq:
    • 4-09-2019, 15:31
    • 3 488

Həbib sərvət qazanacaq: "Qəpik-quruşa görə döyüşmürük"

Mütləq Döyüş Çempionatının (UFC) çempionu Habib Nurməhəmmədov sentyabrın 7-si amerikalı Dastin Porrierə qarşı duelə görə sərvət qazanacaq.

News24.az "TASS"-a istinadən xəbər verir ki, H.Nurməhəmmədov döyüşdən 6 milyon dollardan çox qazanacaq. Bu barədə idmançının məşqçisi və atası Abdulmanap Nurməhəmmədov məlumat verib: "Bu 2 milyon dollar bizə kifayət deyil, çünki biz indi ən yaxşıyıq. Ən yaxşısını məğlub etdik, ən yaxşısı ilə mübarizəni davam etdirməyə hazırıq. Populyarıq, bunu bilirik. Döyüş meydançasına çıxanda Porrieri və Həbibi necə qarşılayacaqlarının şahidi olacaqsınız".

Qeyd edək ki, Nurməhəmmədov, irlandiyalı Conor Makqreqor ilə əvvəlki döyüş üçün baza haqqı olaraq 2 milyon dollar alıb.
"Bu 3-3,5 dəfə çox olacaq" deyə ekspert bildirib.