Həbib Nurməhəmmədovdan qələbə xəbəri gəldi 6 MİLYON qazandı
    • 8-09-2019, 01:43
    • 1 091

Həbib Nurməhəmmədovdan qələbə xəbəri gəldi 6 MİLYON qazandı

Əbu-Dabidə qarışıq döyüşlər üzrə UFC 242 turnirində yüngül çəkidə UFC çempionu rusiyalı Həbib Nurməhəmmədov Dastin Puaryeni məğlub edib.
News24.az xəbər verir ki, rusiyalı idmançı qalib gəldiyi döyüşdən sonra açıqlama verib.
Nurməhəmmədov onu dəstəkləyənlərə təşəkkür edib.
"Bütün komandama minnətdaram. Məni MDB ölkələrində dəstəkləyən hər kəsə təşəkkürümü çatdırıram. Sağ olsunlar ki, dəstək oldular. Qələbəmdə atam və məşqçim Xavier Mendeş böyük rol oynadı. MMA təkcə bir döyüş deyil, həm də mədəniyyətdir. Rəqibimə də təşəkkür edirəm”.
Qeyd edək ki, qələbə Həbib Nurməhəmmədov 6 milyon dollardan çox pul qazandırıb.