Azərbaycan ilk xalını Xorvatiyadan aldı
    • 9-09-2019, 22:45
    • 773

Azərbaycan ilk xalını Xorvatiyadan aldı

Millimiz bu gün Avro-2020-nin seçmə mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
News24.az -ın məlumatına görə, yığmamız 6-cı turda "Bakcell Arena"da Xorvatiya millisini qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb. Bu komandamızın ilk xalı olub.
E qrupunun digər görüşündə Slovakiya Macarıstanın qonağı olacaq.
Qeyd edək ki, millimiz bundan əvvəl keçirdiyi 4 oyununun hamısında uduzmuşdu.

Xatırladaq ki, Azərbaycan Avro-2016-nın seçmə mərhələsində Bakıda Xorvatiyaya qarşı matçda da heç-heçə etmişdi - 0:0.