"Qarabağ"-"Sevilya" oyuna 28 min bilet satılıb- anşlaq olacaq
    • 18-09-2019, 21:23
    • 1 107

"Qarabağ"-"Sevilya" oyuna 28 min bilet satılıb- anşlaq olacaq

Sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ"-"Sevilya" oyunu üçün satışa çıxarılan biletlərin 90 faizdən artığı satılıb.
Bu barədə News24.az -a açıqlamasında "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib.
Onun sözlərinə görə, hazırda satışda 1000-ə yaxın bilet qalıb: "30 mindən artıq bilet satılıb, satılmamış 800-1000 bilet qalıb. Həmin biletlər də yaxın vaxtlarda yəqin ki satılacaq. Bilet satışı davam edir".
Xatırladaq ki, sentyabrın 19-da UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Qarabağ" Bakıda Tofiq Bəhərmov adına stadionda "Sevilya" komandasını qəbul edəcək. Oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq. Oyunu ukraynalı hakimlər idarə edəcək.