Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi
    • 4-10-2019, 21:46
    • 758

Prezident İlham Əliyev Teymur Rəcəbovu təbrik etdi

Prezident İlham Əliyev Şahmat üzrə Dünya Kubokunu qazanan Teymur Rəcəbovu təbrik edib.
News24.az xəbər verir ki, təbrikdə deyilir:
“Əziz Teymur,
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.