Onların maaşları artırıldı - 890 manat alacaqlar
    • 9-10-2019, 00:18
    • 584

Onların maaşları artırıldı - 890 manat alacaqlar

Nazirlər Kabineti “Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” qərara dəyişiklik edib.
News24.az xəbər verir ki, dəyişikliyə əsasən, Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin aylıq vəzifə maaşları 594 manatdan 890 manata qaldırılıb.

Qeyd edək ki, qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.