İlham Əliyev dünya çempionunu təbrik etdi
    • 13-10-2019, 12:08
    • 947

İlham Əliyev dünya çempionunu təbrik etdi

Prezident İlham Əliyev Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə keçirilən dünya çempionatında qalib olan Aydın Süleymanlını təbrik edib. 


News24.az -ın məlumatına görə, təbrikdə deyilir:


"Əziz Aydın, Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.

Sən ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırdın və həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın.


Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".