Mehriban Əliyeva Aydın Süleymanlını təbrik etdi
    • 13-10-2019, 12:35
    • 873

Mehriban Əliyeva Aydın Süleymanlını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə vasitəsilə Aydın Süleymanlıya təbriklərini çatdırıb. 


News24.az bildirir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində edilən paylaşımda deyilir:


“Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər. Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!”