Hərbçi idmançılarımız VII Dünya Oyunlarına YOLA DÜŞDÜ

Hərbçi idmançılarımız VII Dünya Oyunlarına YOLA DÜŞDÜ
İDMAN

18 oktyabr 2019, 12:21

Mətn ölçüsü

Mərkəzi Ordu İdman Klubunun (MOİK) idmançıları Hərbçilərin VII Dünya Oyunlarında iştirak etmək üçün Çin Xalq Respublikasının Uxan şəhərinə yola düşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təşkil etdiyi və oktyabrın 18-dən 28-dək keçiriləcək yarışlarda ölkəmizi MOİK-in güləşin sərbəst və yunan-Roma, eləcə də cüdo, boks və atıcılıq idman növləri üzrə komandaları təmsil edəcək.

Oyunlarda 100-dən çox ölkədən təxminən 10 min hərbçinin iştirak edəcəyi gözlənilir. 27 növ üzrə 329 yarışın keçiriləcəyi oyunlar hərbçilərin ən böyük dünya oyunlarıdır.