“Yuventus”un maaş cədvəli - Ronaldo nə qədər qazanır?

“Yuventus”un maaş cədvəli - Ronaldo nə qədər qazanır?
İDMAN

24 avqust 2018, 14:50

Mətn ölçüsü

"Declare Var Not War" "Yuventus" klubunda futbolçuların maaş cədvəlini açıqlayıb.

Ötən mövsümə nisbətən, bu mövsüm maaş cədvəlində xeyli artım olub. "Yuve" 2017/18 mövsümündə futbolçulara 155 milyon avro ödəyib. Bu il isə rəqəm 199 milyon avroya yüksəlib.

Ötən mövsüm "Yuve"nin heyətində ən ödənişli futbolçu Qonsalo İquayn olub - 13,9 milyon avro. Yeni mövsümdə isə bu status Kriştianu Ronalduya məxsusdur - 55,5 milyon avro.

Yenidən "Yuventus"a qayıdan Leonardo Bonuççinin məvacibi 10,2 milyon avrodur. Klubla yeni müqavilə imzalayan Miralem Pyaniçin məvacibi isə 8,3 milyondan 12 milyon avroya qaldırılıb.

//komanda.az