“Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlandı - TƏQVİM
    • 31-08-2018, 19:00
    • 1 733

“Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlandı - TƏQVİM

2019-cu ildə Bakıda keçirilən “Formula 1” Azərbaycan Qran Prisinin tarixi açıqlanıb.
 “Formula 1”-in rəsmi saytı xəbər verir ki, 2019-cu ildə keçiriləcək yarışın ilkin təqvimi açıqlanıb.
İlkin təqvimə əsasən, Bakıda növbəti “Formula 1” yarışı gələn il aprelin 28-də keçiriləcək. Lakin yekun təqvim Beynəlxalq Avtomobil Federasiyasının (FIA) oktyabrın 12-də keçirəcəyi Dünya Motor İdmanı Şurasının iclasında təsdiq olunacaq.

Tarix

Qran Pri

Yer

17 mart

Avstraliya

Melburn

31 mart

Bəhreyn

Saxir

14 aprel

Çin

Şanxay

28 aprel

AZƏRBAYCAN

BAKI

12 may

İspaniya

Barselona

26 may

Monako

Monako

9 iyun

Kanada

Monreal

23 iyun

Fransa

Le Kastelle

30 iyun

Avstriya

Şpilberq

14 iyul

Böyük Britaniya

Silverston

28 iyul

Almaniya

Hokenhaym

4 avqust

Macarıstan

Budapeşt

1 sentyabr

Belçika

Spa

8 sentyabr

İtaliya

Monsa

22 sentyabr

Sinqapur

Sinqapur

29 sentyabr

Rusiya

Soçi

13 oktyabr

Yaponiya

Suzuka

27 oktyabr

Meksika

Mexiko

3 noyabr

ABŞ

Ostin

17 noyabr

Braziliya

San Paulu

1 dekabr

Əbu Dabi

Yas Marina