İdmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adlar verilib - SƏRƏNCAM
    • 25-12-2019, 14:07
    • 850

İdmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adlar verilib - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasında idmanın inkişafında xidmətləri olan bir qrup şəxsə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

News24.az-
ın xəbərinə görə, sərəncamla Azərbaycanda idmanın inkişafında xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları veriləcək:

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”
Ağayev Böyükağa Məmməd oğlu
Ələkbərov İqdam Əli oğlu
Əliyev Paşa İbrahim oğlu
Heydərov Tofiq Mirhəsən oğlu
Həsənov Azər Camal oğlu
Həsənov Tərlan Əliheydər oğlu
Mustafayev Şahlar Gülməhəmməd oğlu
Sultanova Sara Oqtay qızı

“Əməkdar həkim”
Əliyev Natiq Avil oğlu
Hüseynova Emiliya Əşrəf qızı

“Əməkdar jurnalist”
Cavadov Rəşad Qəmərşah oğlu.