SOCAR-ın "Fənərbağça"ya sponsorluq məsələsi aydınlaşdı
    • 26-12-2019, 22:00
    • 865

SOCAR-ın "Fənərbağça"ya sponsorluq məsələsi aydınlaşdı

Türkiyə mətbuatında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Fənərbağça" klubu ilə bağlı sponsorluq iddiaları yenidən gündəmə gətirilib.
News24.az xəbər verir ki, şirkətdən report-un sorğusuna cavab olaraq yayılan iddiaların əsassız olduğu bildirilib.
İstanbul təmsilçisinin idarə heyətinin üzvü Sərtaç Komsuoğlunun SOCAR rəsmisi Fuad İbrahimovla görüşünün enerji məsələləri ilə bağlı olduğu vurğulanıb: "Fənərbağça" klubunun idarə heyətində yer alan Komsuoğlu enerji sahəsində çalışır. O, F.İbrahimovla mütəmadi olaraq enerji sahəsinə görə görüşlər keçirir".
Qeyd edək ki, noyabr ayında SOCAR-ın klubla müqavilə imzalayacağı yenidən gündəmə gəlib və şirkətin 15 illik müqavilə qarşılığında Türkiyə təmsilçisinə ad sponsorluğu üçün 450 milyon avro ödəyəcəyi iddia edilib. Lakin daha sonra klub və şirkət bu iddiaları təkzib edib.