Zlatan İbrahimoviç "Milan"a qayıtdı - RƏSMİ - FOTOLAR - VİDEO

Zlatan İbrahimoviç "Milan"a qayıtdı - RƏSMİ - FOTOLAR - VİDEO
İDMAN / Video

28 dekabr 2019, 18:39

Mətn ölçüsü

Dünyaca tanınan 38 yaşlı məşhur İsveç futbolçusu Zlatan İbrahimoviç Avropaya qayıdıb. 

News24.az xəbər verir ki, MLS (Amerika) çempionatında iki mövsüm uğurlu çıxış edən Zlatan, keçmiş klubu olan İtaliyanın "Milan" klubuna azad agent şəklində transfer edilib. Bununla bağlı bütün kağızlar artıq imzalanıb. Rəsmi təqdimat mərasimi isə 2020-ci il yanvarın 3-də "Casa Milan" zalında keçiriləcək.

Qeyd edək ki, Zlatan iki mövsüm (2010-2012) çıxış edib. Milan klubunda təmsili zamanı Zlatan 85 oyunu zamanı 56 qola və 24 assistə imza atıb.

Emin Qasımov

Instagram