Türkiyənin baş məşqçisi Bəxtiyar Vahabzadənin şeirini deyib İSTEFA etdi
    • 30-12-2019, 22:48
    • 1 327

Türkiyənin baş məşqçisi Bəxtiyar Vahabzadənin şeirini deyib İSTEFA etdi

“Trabzonspor” baş məşqçisi Ünal Karamanla yolları ayırıb.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki,  baş məşqçi ilə klub rəhbərliyinin bir araya gələrək bu ayrılığa qərar verib. Karamanla klub prezidenti Əhməd Ağaoğlunun yola getmədiyi qeyd olunub. Diqqət çəkən məqam isə odur ki, Türk məşqçi vida açıqlamasını Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin "Şam əgər yanmırsa, yaşamır demək. Onun da həyatı yanmağındadır..." şeiri ilə sonlandırıb.
Ü.Karaman mövsümün əvvəlindən Trabson təmsilçisini çalışdırırdı. Komanda hazırda Superliqada 32 xalla turnir cədvəlində 3-cüdür və lider “Sivasspor”dan 5 xal geri qalır.